DÜNYA


ABŞ-ın rəhbərlik etdiyi koalisiya İraq hökumətinin hərbi uçuşlar barədə göstərişlərinə əməl edəcək

Bakı, 17 avqust, AZƏRTAC 

ABŞ-ın rəhbərlik etdiyi koalisiya İraqın hava məkanında Baş Nazir Adil Əbdül-Mehdinin icazəsi olmadan hərbi uçuşlar həyata keçirməyəcəyini bildirib.

AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, bu barədə koalisiya qüvvələri yazılı açıqlama yayıb. Açıqlamada koalisiya qüvvələrinin İraq sərhədləri daxilində rəsmi Bağdadın təlimatlarına əməl edəcəyi də bildirilib.

Qeyd edək ki, Baş Nazir Adil Əbdül-Mehdi avqustun 15-də ölkənin hava məkanında təhlükəsizliklə bağlı bir sıra qərarları vermişdi.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.