İDMAN


ABŞ-ın tanınmış mütəxəssisləri güləşçilərimizə ustad dərsləri keçiblər

Bakı, 28 sentyabr, AZƏRTAC

ABŞ-ın iki tanınmış güləş mütəxəssisi ölkəmizdə güləşçilərə ustad dərsləri keçiblər.

AZƏRTAC xəbər verir ki, sərbəst güləş üzrə ikiqat olimpiya, dördqat dünya çempionu Con Smit və qadın güləşi üzrə dünya çempionatının ikiqat bürünc medalçısı Seli Roberts sentyabrın 27-28-də Olimpiya Güləş Mərkəzində milli komandalarımızla tanış olublar. Qonaqlar yeniyetmə və gənc idmançılara master-klas keçməklə yanaşı, müxtəlif məsələlərlə bağlı tövsiyələrini çatdırıblar.

Azərbaycan Güləş Federasiyasının rəhbərliyi tanınmış mütəxəssislərlə görüşərək fikir mübadiləsi aparıb. Qonaqlara xatirə hədiyyələri təqdim olunub.

Qeyd edək ki, amerikalı məşqçilər qarşıdakı üç gündə Astara və Gəncədə yerli güləşçilərə master-klas keçəcəklər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.