DÜNYA


ABŞ-ın vitse-prezidenti Mayk Pens gələn həftə Yaponiyaya səfər edəcək

Tokio, 9 noyabr, AZƏRTAC 

ABŞ-ın vitse-prezidenti Mayk Pens gələn həftə Yaponiyaya səfər edəcək.

AZƏRTAC xəbər verir ki, bu barədə məlumat verən Yaponiya Nazirlər Kabinetinin baş katibi Yoşihide Suqa M.Pensin səfərinin iki gün davam edəcəyini bildirib.

Noyabrın 12-də Tokioya səfəri başlayacaq M.Pens ertəsi gün Baş nazir Şinzo Abe ilə görüşəcək.

Y.Suqanın sözlərinə görə, M.Pensin səfəri Yaponiya və ABŞ üçün Şimali Koreya məsələsi də daxil olmaqla, ümumi təhdidlərə qarşı birgə fəaliyyətin növbəti təsdiqi olacaq.

Baş katib əlavə olaraq bildirib ki, M.Pensin səfərinin detalları hələlik tam dəqiqləşdirilməyib.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.