DÜNYA


ABŞ-ın vitse-prezidenti iki Koreyanı ayıran demilitarizasiya zonasına gedəcək

Bakı, 27 sentyabr, AZƏRTAC

ABŞ-ın vitse-prezidenti Kamala Harris bu həftə Cənubi Koreyaya səfəri zamanı iki Koreyanı ayıran demilitarizasiya zonasına gedəcək.

AZƏRTAC xəbər verir ki, Yonhap informasiya agentliyi bu barədə Koreya Respublikasının Baş naziri Han Dak Suya istinadla məlumat yayıb.

Kamala Harrisin gözlənilən səfəri ilə bağlı bəyanat Tokioda Yaponiyanın sabiq Baş naziri Sindzo Abenin dəfn mərasimində Cənubi Koreyanın hökumət başçısı ilə ABŞ-ın vitse-prezidenti arasında keçirilən görüşdə səsləndirilib. Koreya respublikasının Baş naziri Kamala Harrisin demilitarizasiya zonasına səfərini Seul-Vaşinqton müttəfiqliyi baxımından “simvolik” addım adlandırıb. ABŞ-ın vitse-prezidenti isə öz növbəsində iki ölkə arasında müttəfiqliyin Hind-Sakit okean regionunda təhlükəsizlik və rifahın özəyi olduğunu bildirib.

Ağ ev Kamala Harrisin demilitarizasiya zonasına planlaşdırılan səfərini təsdiqləyib. Siyasətçilərin sözlərinə görə, Birləşmiş Ştatlar bu yolla KXDR-dən gələ biləcək təhlükələr qarşısında Cənubi Koreya ilə müttəfiq olduğunu bir daha xatırladır.

ABŞ-ın yüksəkvəzifəli məmurları Şimali və Cənubi Koreya arasındakı sərhədə nadir hallarda səfər edirlər. Birləşmiş Ştatların sabiq prezidenti Donald Tramp 2019-cu ildə demilitarizasiya zonasında Şimali Koreya lideri Kim Çen Inla görüşüb. Beləliklə, Donald Tramp Şimali Koreya ərazisinə daxil olan ilk ABŞ prezidenti kimi tarixə düşüb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.