DÜNYA


ABŞ-ın xam neft ehtiyatları artır

Bakı, 6 iyul, AZƏRTAC

ABŞ-ın xam neft ehtiyatları artıb.

AZƏRTAC xəbər verir ki, bu barədə ABŞ-ın Enerji İnformasiya Administrasiyasının (EIA) məlumatında deyilir. Bildirilir ki, ABŞ-ın xam neft ehtiyatları ötən hesabat həftəsində 1,2 milyon barrel (0,3 faiz) artaraq 417,9 milyon barrel olub. Bazar proqnozları ehtiyatların 5,2 milyon barrel azalması istiqamətində idi. Əvvəlki həftə ölkənin xam neft ehtiyatları 9,9 milyon barrel azalmışdı.

ABŞ-ın strateji neft ehtiyatları dəyişməyərək 660 milyon barrel təşkil edib.

Ölkənin benzin ehtiyatları isə ötən hesabat həftəsində 1,5 milyon barrel (0,6 faiz) azalaraq 239,7 milyon barrel olub. Bazar proqnozları ehtiyatların 800 min barrel azalması istiqamətində idi. Əvvəlki həftə benzin ehtiyatları 1,2 milyon barrel artmışdı.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.