ABŞ iqlim dəyişikliyi təşəbbüsləri üçün Afrikaya 7 milyard dollardan çox vəsait ayıracaq
AzerTAg.az

Bakı, 31 mart, AZƏRTAC
ABŞ yaşıl enerji, kənd təsərrüfatı və iqlim dəyişikliyi ilə bağlı Afrikaya 7 milyard dollardan çox vəsait verəcək.
AZƏRTAC xəbər verir ki, bu barədə cümə günü ABŞ-nin vitse-prezidenti Kamala Harrisin Zambiyaya səfəri ilə bağlı Ağ Evin mətbuat xidmətinin yaydığı məlumatda bildirilib.
“Vitse-prezident Kamala Harrisin Afrikada iqlim davamlılığını inkişaf etdirmək və gücləndirmək üçün özəl sektora çağırışına cavab olaraq, özəl sektor 7 milyard dollardan çox vəsait vəd edib”, - administrasiyanın bəyanatında deyilir.
Qeyd olunub ki, təklif edilən investisiyalar və təşəbbüslər qitənin iqtisadiyyatına faydalı təsir göstərəcək və iqlim böhranı ilə bağlı aktual ehtiyacların öhdəsindən gəlməyə kömək edəcək. ABŞ 116 milyondan çox fermerə kömək etmək və iqlimə uyğun “ağıllı əkinçilik təcrübələri”ni təşviq etmək istəyir.
Ümumilikdə, ABŞ administrasiyasının məlumatına görə, Harrisin çağırışına 27 şirkət və xeyriyyə təşkilatı cavab verib.
Xəbərin mətnində orfoqrafik səhv var