RƏSMİ XRONİKA
ABŞ konqresmeni Eddi Bernis Consondan
Cənab Prezident,
Sizi doğum gününüz münasibətilə səmimi qəlbdən təbrik edir, ən xoş arzularımı çatdırıram. Texasın 30-cu rayonu Azərbaycan əsilli amerikalıların istedadı və töhfəsi sayəsində çox gözəlləşmişdir.
Siz Birləşmiş Ştatlar ilə Azərbaycan arasında strateji tərəfdaşlığın möhkəmlənməsinə dəyərli töhfələr vermisiniz. Biz bunu yüksək qiymətləndiririk. Sizin rəhbərliyiniz altında ölkələrimizin müttəfiqliyi sınaqdan keçmiş və dostluğumuz daha da güclənmişdir.
Əminəm ki, Sizin prezidentliyinizin növbəti dövründə ABŞ-Azərbaycan münasibətləri daha dinamik inkişaf edəcək və dərinləşəcəkdir.
Hörmətlə,
Eddi Bernis Conson
ABŞ konqresmeni