DÜNYA


ABŞ müasir raketdən müdafiə sistemi qurur

Bakı, 6 fevral, AZƏRTAC

Vaşinqton diqqətini müasir raketdən müdafiə sistemi qurmaq istiqamətində cəmləyib.

AZƏRTAC ABŞ KİV-lərinə istinadla xəbər verir ki, Prezident Donald Tramp bu barədə Konqresdə ölkədəki vəziyyətlə bağlı ənənəvi müraciəti zamanı deyib.

Son 2 il ərzində ABŞ silahlı qüvvələrinin miqyaslı bərpa işlərinə başladığını deyən ABŞ lideri 2018-ci ildə Pentaqonun büdcəsinin 700 milyard dollara yaxın olduğunu, 2019-cu ildə isə bu məbləğin daha 16 milyard dollar artırıldığını bildirib.

“ABŞ-ın hərbi gücünün artmasını göstərən elementlərdən biri kimi raket əleyhinə müasir sistem hazırlanır”, - deyə Donald Tramp əlavə edib.

Prezidentin sözlərinə görə, onun administrasiyası ABŞ maraqlarının qorunması üçün apardığı fəaliyyətə görə heç vaxt üzr istəməyəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.