DÜNYA
ABŞ müdafiə nazirinin vəzifəsini icra edən Patrik Şanahan İraqa səfər edib
Bakı, 12 fevral, AZƏRTAC
Fevralın 12-də ABŞ müdafiə nazirinin vəzifəsini icra edən Patrik Şanahan Bağdada səfər edib. AZƏRTAC CNN telekanalına istinadla xəbər verir ki, amerikalı nazirin bu gözlənilməz səfəri çərçivəsində İraqın rəhbərləri ilə görüşlər keçirilib.
Şanahan İraqın Baş naziri Adil Əbdül-Mehdi başda olmaqla İraq rəhbərləri ilə keçirdiyi görüşlərdə ABŞ qoşunlarının bu ölkədə qalması və Suriyadan çıxarılmasını, habelə qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə edib.
Bu ərəfədə ABŞ Prezidenti Donald Tramp bəyan edib ki, İraqdakı amerikan əsgərləri İrana nəzarət üçün mühüm rola malikdir. Vaşinqton İraq hərbçilərinə təlim keçmək məqsədilə bu ölkədə 5200 nəfərlik qoşun kontingenti saxlayır.
Xatırladaq ki, ötən ay Birləşmiş Ştatların Prezidenti D.Tramp da amerikalı əsgərlərlə görüşmək üçün İraqa nəzərdə tutulmayan səfər edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.04.2024 [15:09]
İsrail ordusu “Hizbullah”ın iki komandirinin öldürüldüyünü bildirib
- 23.04.2024 [15:04]
Fransadan Britaniyaya keçməyə çalışan beş miqrant həlak olub
- 23.04.2024 [14:25]
Türkiyə ordusu İraq və Suriyada 19 terrorçunu zərərsizləşdirib
- 23.04.2024 [14:23]
Ərdoğan: Ümid edirəm ki, Ermənistan düzgün yol seçər və yeni dövr başlayar
- 23.04.2024 [13:05]
Pakistan və İran terrorizmlə mübarizə üçün birgə plan hazırlayacaq
- 23.04.2024 [12:20]