İQTİSADİYYAT


ABŞ neftin qiyməti üzrə proqnozunu artırıb

Bakı, 8 may, AZƏRTAC

ABŞ “Brent” markalı xam neftin qiymətinə dair proqnozunu artırıb.

AZƏRTAC ABŞ-ın Enerji İnformasiya Administrasiyasının (EIA) yaydığı məlumata istinadla xəbər verir ki, bu il “Brent” neftinin bir barrelinin orta qiymətinin 70 dollar olacağı nəzərdə tutulur. EIA-nın əvvəlki proqnoz 65 dollar/barrel idi.

EIA gələn il isə “Brent”in qiymətinin 67 dollar/barrel təşkil edəcəyini proqnozlaşdırır (əvvəlki proqnoz 62 dollar/barrel idi).

“Venesuela və İrandakı istehsal məhdudiyyətləri qiymətə dair proqnozun dəyişdirilməsində təsirli olub”, - deyə məlumatda bildirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.