İQTİSADİYYAT


ABŞ neftin qiymətinə dair proqnozunu artırıb

Bakı, 12 oktyabr, Nihad Budaqov, AZƏRTAC

“Brent” markalı xam neftin bir barrelinin qiyməti bu il 52 dollar olacaq.

AZƏRTAC xəbər verir ki, bu barədə ABŞ-ın Enerji İnformasiya Administrasiyasının (EIA) aylıq hesabatında deyilir.

Hesabata görə, “Brent” markalı xam neftin bir barrelinin orta qiymətinin bu il 52 dollar, gələn il isə 54 dollar səviyyəsində olacağı nəzərdə tutulur. Bu proqnoz EIA-nın əvvəlki hesabatındakı proqnoz ilə müqayisədə 2 dollar/barrel çoxdur.

Qərbi Texas növü “Layt” markalı xam neftin bir barrelinin orta qiyməti bu il 49,5, 2018-ci ildə isə 50,5 dollar olacaq. Bu proqnoz da əvvəlkindən 0,5 dollar/barrel çoxdur.

EIA “qara qızıl”ın qiymətinə dair proqnozun artırılmasına səbəb kimi qlobal neft ehtiyatlarının azalmasını və Neft İxrac edən Ölkələr Təşkilatının (OPEC) neft hasilatını azaltmaqda davam etməsini göstərib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.