İQTİSADİYYAT


ABŞ neftin qiymətinə dair proqnozunu artırıb

Bakı, 13 mart, AZƏRTAC

ABŞ “Brent” markalı xam neftin qiyməti üzrə proqnozunu açıqlayıb.

AZƏRTAC ABŞ-ın Enerji İnformasiya Administrasiyasının (EIA) yaydığı məlumata istinadla xəbər verir ki, cari ildə “Brent”in bir barrelinin orta qiymətinin 63 dollar olacağı nəzərdə tutulur. Əvvəlki proqnozda isə bu rəqəm 61 dollar/barrel idi.

EIA gələn il üzrə isə “Brent”in qiymətinin 62 dollar/barrel təşkil edəcəyini proqnozlaşdırır.

“Fevralda qlobal neft ehtiyatları gündəlik orta hesabla 1,4 milyon barrel azalıb. Bu, 2017-ci ildən indiyədək ən böyük aylıq azalmadır. Neft İxrac Edən Ölkələr Təşkilatına (OPEC) üzv və qeyri-OPEC ölkələrinin bu ilin ilk yarısı üçün qüvvədə olan xam neft istehsalının azaldılmasına dair sazişin müddətini artıracaqları, ilin ikinci yarısını da əhatə edəcəyi gözlənilir”, - deyə məlumatda qeyd olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.