İQTİSADİYYAT


ABŞ neftin qiymətinə dair proqnozunu yüksəldib

Bakı, 10 sentyabr, AZƏRTAC

ABŞ “Brent” markalı xam neftin qiyməti ilə bağlı proqnozunu artırıb.

AZƏRTAC ABŞ-ın Enerji İnformasiya Administrasiyasının (EIA) yaydığı məlumata istinadla xəbər verir ki, EIA cari ildə “Brent”in bir barrelinin orta qiymətinin 41,9 dollar olacağını nəzərdə tutur. Ötənaykı proqnoz isə 41,4 dollar/barrel idi.

EIA bildirib ki, ilin birinci rübündə “Brent”in orta qiyməti 50 dollar/barrel, ikinci rübdə 29 dollar/barrel olub. Üçüncü rübdə qiymətin 43,9 dollar/barrel, son rübdə 44,1 dollar/barrel olacağı gözlənilir. “Brent”in orta qiyməti gələn il isə 49 dollar/barrel olacaq.

Bundan əlavə, EIA gözləntilərin əksinə olaraq qarşıdakı aylarda qlobal neft ehtiyatlarının artacağını və xam neft hasilatı həcmindəki bolluğun qiymət üzərində təzyiq göstərəcəyini qeyd edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.