DÜNYA


ABŞ nümayəndə heyəti “Patriot” raket sistemləri ilə bağlı Ankarada müzakirələr aparıb

Ankara, 3 yanvar, AZƏRTAC 

Türkiyə tərəfi ABŞ-ın “Patriot” raket sistemlərinin satışı barədə təkliflərini müsbət dəyərləndirib.

AZƏRTAC Anadolu Agentliyinə istinadla xəbər verir ki, məsələ ilə əlaqədar ABŞ-dan gələn nümayəndə heyəti Ankarada Türkiyənin Milli Müdafiə və Xarici İşlər nazirliklərində və Müdafiə Sənayesi başqanlığında görüşlər keçirib.

Məlumatda bildirilir ki, tərəflər arasında səmərəli müzakirə aparılıb.

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.