DÜNYA


ABŞ ordusu gələn ilin sonunadək İraqı tərk edəcək

Tehran, 11 sentyabr, AZƏRTAC

ABŞ-ın İraqdakı hərbi hissələri 2022-ci ilin dekabrın 31-nə kimi ölkə ərazisini tərk edəcəklər.

AZƏRTAC xəbər verir ki, bu barədə İraq ordusunun birləşmiş qərargahının nümayəndəsi, general Tahsin əl-Həfaci mətbuata məlumat verib. O bildirib ki, iki ölkə arasında aparılan dialoq nəticəsində bu qərar qəbul edilib.

Generalın sözlərinə görə, hazırda ABŞ-ın hərbi hissələri İraqın Eyn əl- Asad və İraq Kürdüstanının Əl-Həriri bölgələrində yerləşib.

Ötən ay İraqın Baş naziri Mustafa əl-Kaiminin ABŞ-a səfəri zamanı bu məsələ Prezident Cozef Baydenlə müzakirə edilib.

Rabil Kətanov

AZƏRTAC-ın xüsusi müxbiri

Tehran

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.