ELM VƏ TƏHSİL


ABŞ ordusu üçün kommunikasiya peyki kosmosa göndərilib

Bakı, 16 mart, AZƏRTAC

ABŞ-ın Florida ştatındakı Kanaveral burnunda yerləşən kosmodromdan Delta IV raketdaşıyıcısı ilə Birləşmiş Ştatlar ordusu üçün nəzərdə tutulan kommunikasiya peyki kosmosa göndərilib.

AZƏRTAC CNN telekanalının saytına istinadla xəbər verir ki, raketin martın 16-da yerli vaxtla 03:26-da həyata keçirilən buraxılışı United Launch Aliance şirkəti tərəfindən canlı yayımlanıb. Delta IV raketdaşıyıcısının kosmik orbitə çatdıracağı WGS 10 peyki hərbi məqsədlər üçün daha yüksək səviyyəli rabitəni təmin edəcək.

ABŞ-ın Milli Aeronavtika və Kosmik Tədqiqatlar Agentliyinin direktoru Cim Braydenstayn bundan əvvəl Dragon 2 kosmik aparatının Beynəlxalq Kosmik Stansiyaya birləşməsini kosmosa uçuşlar sahəsində yeni mərhələnin başlanğıcı adlandırıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.