DÜNYA


ABŞ polisi etiraz aksiyalarının əvvəlindən bəri azı 9 min nəfəri saxlayıb

Bakı, 3 iyun, AZƏRTAC

ABŞ-da Minnesota ştatının Minneapolis şəhərində Afrika əsilli amerikalı Corc Floydun polis tərəfindən öldürülməsi ilə bağlı etiraz aksiyalarının gedişində 9 mindən çox insan hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.

AZƏRTAC Associated Press agentliyinə istinadla xəbər verir ki, təkcə Los-Anceles şəhərində 2700, Nyu-York şəhərində isə 1500 etirazçı həbs edilib. Həmçinin Dallas, Hyuston və Filadelfiya kimi iri şəhərlərin hər birində də yüzlərlə insan polis bölmələrinə aparılıb.

Qeyd edək ki, mayın 25-də Afrika əsilli amerikalı Corc Floyd polis tərəfindən öldürülüb. İnsidentlə bağlı kadrlar internetdə yayıldıqdan sonra polislərdən dördü işdən çıxarılıb, birinə isə ehtiyatsızlıqdan ölümə səbəb olma maddəsi üzrə ittiham irəli sürülüb. Buna baxmayaraq, ABŞ-ın bir çox ştatında iğtişaşlarla müşayiət olunan etiraz aksiyaları başlayıb. Kütləvi iğtişaşlar səbəbindən Vaşinqton və Nyu-York da daxil olmaqla, ölkənin təxminən 40 şəhərində komendant saatı tətbiq olunub. Pentaqon ABŞ paytaxtının ətrafında 1,6 minə yaxın hərbçi yerləşdirildiyi barədə məlumat yayıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.