DÜNYA


ABŞ qoşunlarının Suriyadan çıxma prosesinə başlanılıb

Bakı, 11 yanvar, AZƏRTAC

ABŞ qoşunlarının Suriyadan çıxma prosesinə başlanılıb.

AZƏRTAC Anadolu agentliyinə istinadla xəbər verir ki, bunu ABŞ-ın Suriyadakı silahlı qüvvələrinin nümayəndəsi polkovnik Sean Ryan bildirib.

O qeyd edib ki, təhlükəsizlik səbəbindən ordunun nə vaxt ölkədən çıxacağı ilə bağlı detallar açıqlanmayacaq.

ABŞ Müdafiə Nazirliyindən bildirilib ki, silahlı qüvvələrin bir qisminin çıxarılmasına artıq başlanılıb.

CNN telekanalının verdiyi məlumata görə, Suriyadan ilkin mərhələdə hərbi aviasiya və donanma çıxarılacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.