Azərbaycan Dövlət İnformasiya Agentliyi

İQTİSADİYYAT

ABŞ rəsmiləri Vaşinqtonda Azərbaycanın etibarlı tərəfdaş olduğunu vurğulayıblar VİDEO

Vaşinqton, 22 noyabr, AZƏRTAC 

ABŞ-ın paytaxtı Vaşinqtonda Xəzər Siyasət Mərkəzinin (“Caspian Policy Center”) təşkilatçılığı ilə “Əsrin müqaviləsi”nin 25-ci ildönümünə həsr olunmuş forum keçirilib.

AZƏRTAC xəbər verir ki, Vaşinqtonun tanınmış məkanlarından biri – ABŞ Ticarət Palatasının binasında keçirilmiş yubiley tədbiri ABŞ, Azərbaycan və digər Xəzər regionu ölkələrinin dövlət rəsmilərini və biznes dairələrini bir araya toplayıb. Tədbirdə Azərbaycandan Energetika naziri Pərviz Şahbazov, SOCAR-ın vitse-prezidenti Elşad Nəsirov, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov və başqaları iştirak ediblər.

Xəzər Siyasət Mərkəzinin icraçı direktoru Əfqan Nifti 1994-cü il sentyabrın 20-də Bakıda imzalanmış “Əsrin müqaviləsi”nin Xəzər neftini dünyaya təqdim etdiyini, sazişin Azərbaycanın və Xəzər regionunun ölkələrinin iqtisadi inkişafına təkan verdiyini bildirib.

Mərkəzin idarə heyətinin üzvü və ABŞ-ın Azərbaycandakı sabiq səfiri Robert Sekuta “Əsrin müqaviləsi”nin iqtisadi rolundan və Xəzər regionunun dayanıqlı inkişafına təsirindən danışıb. Sazişin əhəmiyyətini vurğulayan R.Sekuta müqavilənin Azərbaycan vətəndaşlarının iqtisadi rifahının yaxşılaşdırılmasına müsbət təsirini də qeyd edib.

Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov çıxışı zamanı iki ölkə arasında enerji sahəsində strateji əməkdaşlığı vurğulayaraq Birləşmiş Ştatların müxtəlif administrasiyaları tərəfindən davamlı və güclü dəstəyin Azərbaycanın enerji layihələrinin reallaşmasında mühüm rol oynadığını deyib. Səfir hazırda öz enerji siyasətini uğurla və müstəqil olaraq həyata keçirən Azərbaycanın Cənub Qaz Dəhlizi vasitəsilə Xəzər regionunu Avropaya daha da yaxın edəcəyini və enerji təhlükəsizliyi baxımından həssas bölgələrdə iqtisadi artıma, yeni tərəfdaşlıqlara vəsilə olduğunu bildirib. O, təməli ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan və hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən strateji yanaşmanın regionumuzun və qonşularımızın inkişafındakı vacib rol oynadığını, ölkəmizin inkişafının regional inkişafa bağlı olduğunu xatırladıb. Əlavə edib ki, Azərbaycan regional layihələrin təşəbbüskarı və lideridir, bu layihələr regionumuzun xəritəsini genişləndirir. Belə ki, ötən illərdə ölkəmiz Xəzər regionunu Qara dənizlə bağladığı kimi, hazırda Xəzər bölgəsini Adriatik və Aralıq dənizi bölgələri ilə birləşdirir. Azərbaycanın indiyədək imzalanan enerji müqavilələrinin icrasında sadiq və etibarlı tərəfdaş kimi qəbul edildiyini deyən səfir bunun bariz nümunəsinin “Əsrin müqaviləsi”nin müddətinin 2050-ci ilədək uzadılması olduğunu vurğulayıb.

Azərbaycanın Energetika naziri P.Şahbazov çıxışında ümummilli lider Heydər Əliyevin müəllifi olduğu neft strategiyasının ölkəmizin və bütövlükdə regionun iqtisadi inkişafında oynadığı mühüm roldan danışıb, ABŞ-ın və digər tərəfdaşların Azərbaycanın transregional enerji layihələrinin həyata keçirilməsinə göstərdiyi dəstəyin vacibliyini vurğulayıb. İndiyədək “Azəri-Çıraq-Günəşli” yataqlarının işlənməsinə 36 milyard ABŞ dolları sərmayə yatırıldığını bildirən nazir qarşıdakı 30 ildə bu layihəyə daha 40 milyard dollar investisiya qoyulacağını qeyd edib. Əlavə edib ki, bu tarixi müqavilə sayəsində Azərbaycan müstəqillik yolunda ilk kövrək addımlarını atan ölkədən davamlı inkişaf edən güclü ölkəyə çevrilib.

Forumda çıxış edən ABŞ-ın Enerji nazirinin müavini Mark Menezes ABŞ və Azərbaycanın enerji sektorundakı əlaqələrinin dünya bazarındakı əhəmiyyətindən bəhs edib: “Enerji təhlükəsizliyi iqtisadi rifahı və milli təhlükəsizliyi təmin edir və bu prioritet məsələdir. Müstəqillik əldə etdikdən sonra Azərbaycan ABŞ-ın regionda vacib tərəfdaşına çevrilib, bu əlaqələrin daha da genişləndirilməsini arzu edirik. Azərbaycan etibarlı tərəfdaşdır, bizim və bütün dünya üçün vacib ölkədir”.

ABŞ Dövlət katibinin Enerji resursları üzrə köməkçisi Frensis Fannon qeyd edib ki, enerji siyasi sabitliyin təməlidir və ona görə də Birləşmiş Ştatların siyasətinin vacib bir hissəsidir. Diplomat “Əsrin müqaviləsi”nin Azərbaycanın və tərəfdaş ölkələrin iqtisadiyyatını transformasiya etdiyini bildirərək ABŞ-ın bundan sonra da Azərbaycanın enerji layihələrinə dəstək verəcəyini bildirib. Forum çərçivəsində Xəzər Siyasət Mərkəzi F.Fannona enerji sektorunda və Xəzər bölgəsindəki töhfələrinə görə mükafat təqdim edib.

“Əsrin müqaviləsi”nin Avropanın və dünyanın enerji təhlükəsizliyinə töhfələri ilə bağlı xüsusi paneldə çıxış edən SOCAR-ın vitse-prezidenti E.Nəsirov müqavilənin 25 illik uğuru və bütövlükdə qlobal enerji sənayesi üçün əhəmiyyəti barədə fikirlərini bölüşüb. Əlavə edib ki, Azərbaycan və ABŞ arasında enerji sahəsində uzun tarixə malik etibarlı tərəfdaşlıq mövcuddur və Azərbaycan heç zaman enerji layihələrindən digər ölkələrə təsir vasitəsi kimi istifadə etməyib, əksinə ölkələr və regionlar arasında tərəfdaşlıqlar yaradıb. O, “Əsrin müqaviləsi”nin enerji sektoru üçün vacibliyi ilə yanaşı, Azərbaycanın xarici investorlar və tərəfdaşlarla etibarlı iş birliyinin qurulmasına yardım etdiyini bildirib.

 

Yusif Babanlı

AZƏRTAC-ın xüsusi müxbiri

Vaşinqton

ABŞ rəsmiləri Vaşinqtonda Azərbaycanın etibarlı tərəfdaş olduğunu vurğulayıblar VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Mali frankdan imtina etmək istəyir

Dubay aeroportu fəaliyyətini qismən bərpa edib

Fransanın daxili işlər naziri zorakılığa məruz qalıb

Pakistandan Əfqanıstana deportasiya edilmiş təxminən 250 min uşağın yardıma ehtiyacı var

Xınalıq – dağlar qoynunda bənzərsiz irs muzeyi

Yaşar Gülər: Tam müstəqil müdafiə sənayesi - günün tələbidir

Valideynlərini qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb

Parisdə islamofobiya əleyhinə yürüşə icazə verilməyib

Avropa Liqasında bütün yarımfinalçılar müəyyənləşib

Konfrans Liqası: "Fənərbağça" yarımfinala vəsiqə qazana bilməyib

Konfrans Liqası: Yarımfinala vəsiqə qazanan üçüncü komanda bəlli olub

Avropa Liqası: Yarımfinala vəsiqə qazanan üç komanda bəlli olub

Səadət Kərimi: Hədəfim peşəkar tərcüməçi olmaq, Azərbaycan irsini tanıtmaqdır

AZAL Bakıdan Kəraçiyə ilk reysini həyata keçirib

Fərid Qayıbov ABŞ-də BMT-nin Gənclər Forumunda çıxış edib

Konfrans Liqası: "Aston Villa" penaltilər seriyasında "Lill"i məğlub edərək yarımfinala yüksəlib

Konfrans Liqası: "Fiorentina" yarımfinala vəsiqə qazanıb

Azərbaycan səfiri Prezident İlham Əliyevin məktubunu İsveç Baş Nazirinin Ofisinə təqdim edib

IRENA Assambleyasının 14-cü sessiyası işini panel sessiyaları ilə davam etdirir

Kopenhagendə yanan tarixi birjanın fasadı uçub

ABŞ səfiri Ağdamın işğaldan azad edilmiş ərazisində səfərdə olub

Avropa Şurası Nazirlər Komitəsinin sədri: Azərbaycan nümayəndə heyəti tezliklə Parlament Assambleyasında öz layiqli yerinə qayıdacaq

Avropa İttifaqı İrana qarşı yeni sanksiyalar tətbiq edib

Türkiyədə baş verən zəlzələ nəticəsində bir neçə tikiliyə ciddi zərər dəyib

Rəsmi Parisin ölkəmizdəki səfirini geriyə çağırmasının əsas səbəbləri - ŞƏRH

“Tarixi abidələr uşaqların gözü ilə” – rəsm sərgisi

"Abşeron" "qızıl set"də "Murov Az Terminal"a qalib gələrək finala yüksəlib

Potsdam Universiteti: İqlim dəyişikliyi qlobal iqtisadiyyatı təhdid edir

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Albaniyada ali səviyyəli toplantısı keçiriləcək

Naxçıvan Muxtar Respublikasının 100 illiyinə həsr olunmuş rəsm sərgisi açılıb

Türkiyədə zəlzələ olub

“Keşikçidağ” Dövlət Tarix-Mədəniyyət Qoruğunda abidələr və tarixi yerlər günü qeyd olunub - FOTO

Yeni Kaledoniya Konqresinin nümayəndə heyətinin ölkəmizə səfərinin yekunlarına dair mətbuat konfransı təşkil olunub

Milli Məclisdə "Yeni Kaledoniya: Tarix, müasir çağırışlar və gözlənilən gələcək" mövzusunda elmi konfrans keçirilib  YENİLƏNİB

Azərbaycan Vəkillər Kollegiyasının sədri Tbilisidə keçirilən konfransda COP29-un beynəlxalq əhəmiyyətindən danışıb

İndoneziya hökuməti vulkan püskürməsindən sonra sunami ehtimalı barədə xəbərdarlıq edib

Politoloq: Fransa səfirinin geri çağırılması bu ölkədə diplomatiya səviyyəsinin aşağı düşməsinin əlamətidir – ŞƏRH

Yaxın Şərqin ən qədim mədəniyyət ocaqlarından biri – Naxçıvan

Böyük Britaniya və ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edib

Qazaxıstanda sel səbəbindən 634 neft quyusunun istismarı dayandırılıb

SOCAR və “ACWA Power” şirkətləri “Aşağı karbonlu/ Yaşıl Gübrə” layihəsi çərçivəsində əməkdaşlıq edəcəklər

Gürcüstanda torpaq sürüşməsi baş verib

Milli Məclisin Aqrar siyasət komitəsində ictimai dinləmə keçirilib

MDB PA-nın iclasında model qanun yaradıcılığının perspektiv planına təkliflər nəzərdən keçirilib

Avropa şirkəti “Şimal axını” boru kəmərinin partlamasına görə kompensasiya ödəməkdən imtina edib

Avstriyalı sərmayədarlar Azərbaycanda fəal işbirliyinə dəvət olunublar

® “Azercell” ADA-nın Karyera Hazırlığı Həftəsində iştirak edir

AzTU tələbələri Azərbaycanı Portuqaliyada təmsil ediblər

İranlı narkotacirin Azərbaycandakı narkokuryerində 12 kiloqram marixuana aşkarlanıb

Aprel döyüşlərinin son şəhidi polkovnik-leytenant Sənan Axundovun xatirəsi anılıb

ADPU-da türk professorun məruzəsi dinlənilib

COP29 çərçivəsində AQEM-lə tərəfdaşlıq imkanları müzakirə edilib

Naxçıvanda akademik Rəhim Rəhimovun 100 illik yubileyi qeyd edilib

Hacıqabulda qatarın vurduğu qadın ölüb YENİLƏNİB VİDEO

Respublika Pediatriya Mərkəzi yaradılıb

Polşa şirkətlərinə Azərbaycanın investisiya potensialı təqdim olunub

MEK-in fondunda 3 minə yaxın şəhidin məlumatı sənədləşdirilib

Qərb bölgəsində Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunub VİDEO

Əqli Mülkiyyət Agentliyi: Tələbələrə iddia sənədlərinin tərtib edilməsində kömək göstərilib

“Rəqəmsallaşma və biznesin idarə edilməsində süni intellekt inqilabı” - UNEC-də beynəlxalq konfrans keçirilir

Yeni kaledoniyalı parlamentari: COP29-un dünyada iqlim dəyişiklikləri istiqamətində mövcud problemlərin həllinə töhfə verəcəyinə inanıram VİDEO

“Şəxsi arxivlərin kataloqlaşdırılması və təsvir prinsipləri” - mühazirə

“Məktəblinin dostu” layihəsinin fəaliyyətinə dair elmi araşdırmanın təqdimatı keçirilib

“Ədibin Evi”ndə “Nizami Gəncəvinin söz kainatı” mövzusu müzakirə olunub

Kaledoniyalı tarixçi: Fransanın assimilyasiya siyasəti aparmasına imkan verməyəcəyik

Tarixi abidələrimiz keçmişimizdən gələcəyə bir körpüdür

Tanışını qəsdən öldürməkdə təqsirləndirilən şəxs barəsində cinayət işi məhkəməyə göndərilib

Rəşad Nəbiyev Ağdaşda şəhid ailəsini ziyarət edib

Paytaxtda saxlanılan narkokuryerdə 5 kiloqram marixuana aşkarlanıb

Kaledoniyalı senator: İnanırıq ki, Azərbaycanla imzaladığımız memorandum sayəsində Fransa öz siyasətindən çəkinəcək VİDEO

Kənd təsərrüfatı naziri: Türkiyə ilə aqrar sahədə əməkdaşlıq Qarabağ və Şərqi Zəngəzur üçün də vacibdir

Omayra Naiselin: Müstəqillik uğrunda müxtəlif istiqamətlərdə mübarizə aparırıq VİDEO

Aqrar sahədə Türkiyə və Azərbaycan əməkdaşlığının perspektiv istiqamətləri müəyyən edilib

Kişi voleybolçuların Yüksək Liqasında ikinci finalçı bəlli olub

Kaledoniyalı parlamentari: Azərbaycan bizim üçün həqiqi bir nümunədir

Aİ ölkələri arasında Rusiyadan ən çox qaz alan dövlət Fransadır

Qaraciyər xəstəliklərinin müalicəsinə kömək edə bilən muncuqlar hazırlanıb

Lənkəranda Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd edilib

Sahibə Qafarova: Fransa tarixində qara ləkə olan kolonializmi Cənubi Qafqaz regionunda da davam etdirmək niyyətindədir

Bloomberg: Rusiya sanksiyalardan yayınmaq üçün nəqliyyat dəhlizlərinin modernləşməsinə 25 milyard dollar sərmayə yatırmağa hazırlaşır

BDU aliminin yeni monoqrafiyası nəşr olunub

Kreml Fransanın mülkiyyət hüququnu pozmaqda ittiham edib

“İraq türkmanlarının ictimai, siyasi və fəlsəfi görüşləri” - dəyirmi masa

Azərbaycan ilə Çin baş prokurorluqları arasında hüquqi sahədə əməkdaşlıq genişlənir

BDU-da Ümumdünya Kitab və Müəlliflik Hüququ Gününə həsr olunmuş sərgi keçiriləcək

Ukrayna bu il silah-sursat alınmasına 4 milyard dollar xərcləyib

Dendrologiya İnstitutu Qazaxıstanın Botanika və Fitointroduksiya İnstitutu ilə əməkdaşlıq edəcək

Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edib

Audiovizual Şura BDU-da “Media subyektləri” mövzusunda seminar keçirib

Tural Gəncəliyev: Fransa öz gözündə tiri görmək istəmir

Şizofreniyanın müalicəsində yeni imkanlar araşdırılıb

Karlo Ançelotti Qvardiolaya qarşı unikal göstəriciyə imza atıb

Sülhməramlıların Qarabağdan çıxarılması Azərbaycanın Liderinin zərgər dəqiqliyi ilə tətbiq etdiyi diplomatiyanın məntiqi yekunudur - ŞƏRH

Komitə sədri: Fransa demokratik ideyaları məhv edir VİDEO

Polşalı professorlar BMU tələbələrinə mühazirə oxuyublar

Tələbələr Dendrologiya İnstitutunda istehsalat təcrübəsinə başlayıblar

® Kreditlərinizi “Kapital Bank”a gətirin, nağdlaşdırma komissiyası olmadan kredit əldə edin

“SpaceX” daha 23 internet peykini orbitə çıxarıb

C vitamini qan təzyiqini aşağı salmağa kömək edir

Tatarıstan Azərbaycanla birgə kimya sənaye müəssisəsinin yaradılmasında maraqlıdır