İQTİSADİYYAT


ABŞ rəsmisi: Azərbaycan enerji mənbə və marşrutlarının şaxələndirilməsi siyasətində vacib rol oynayır

Bakı, 9 oktyabr, AZƏRTAC

Azərbaycan enerji mənbə və marşrutlarının şaxələndirilməsi siyasətində vacib rol oynayır.

Energetika Nazirliyindən AZƏRTAC-a bildirilib ki, energetika naziri Pərviz Şahbazov ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin yeni təyin olunmuş müavini Corc Kentin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. Görüşdə Azərbaycan ilə ABŞ arasında ikitərəfli münasibətlərin enerji sahəsində uğurla inkişaf etdiyi bildirilib. Azərbaycanın həyata keçirdiyi enerji layihələrinə, o cümlədən Cənub Qaz Dəhlizinin reallaşmasına ABŞ-ın davamlı dəstəyi yüksək qiymətləndirilib. Layihənin Cənub-Şərqi Avropa ölkələrinin enerji təhlükəsizliyinin təminatında rolu və növbəti mərhələdə Cənub Qaz Dəhlizinin genişləndirilmə perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

C.Kent enerji mənbə və marşrutlarının şaxələndirilməsi siyasətində Azərbaycanın vacib rol oynadığını deyərək, ABŞ-ın enerji təhlükəsizliyi ilə bağlı layihələrə mövqeyinin dəyişməz olduğunu qeyd edib.

Energetika naziri “Cənub Qaz Dəhlizi” layihəsinin icrası ilə bağlı son vəziyyət barədə məlumat verərək bildirib ki, layihənin əhəmiyyəti Vaşinqtonda 27-ci Dünya Qaz Konfransı çərçivəsində keçirilmiş yüksək səviyyəli görüşlərdə də ifadə edilib.

Nazir neft-qaz sahəsində uğurlu təcrübənin bərpaolunan enerji mənbələrindən istifadə sahəsində də tətbiqinin nəzərdə tutulduğunu və bu istiqamətdə mühüm işlərə başlandığını diqqətə çatdırıb.

Görüşdə bərpaolunan enerji mənbələrindən istifadə və elektroenergetika sektorunda aparılan islahatlar üzrə əməkdaşlığın təmin edilməsi üçün zəruri tədbirlər, eləcə də qlobal enerji bazarında cərəyan edən proseslərlə bağlı müzakirələr aparılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.