DÜNYA


ABŞ sahillərində gəmi batıb, iki nəfər həlak olub

Bakı, 3 may, AZƏRTAC

ABŞ-da San-Dieqo sahillərində gəminin batması nəticəsində iki nəfər həlak olub. Xilas edilən 23 nəfər xəstəxanaya yerləşdirilib.

AZƏRTAC xəbər verir ki, bu barədə CNN telekanalı yerli xilasetmə xidmətinə istinadla məlumat yayıb. Məlumata görə, çevrilən gəminin göyərtəsindəki 25 nəfər sudan çıxarılıb. Təəssüf ki, onlardan ikisi həyatını itirib.

Xəsarət alanların həyatı üçün təhlükə olmadığı, lakin üç nəfərə təcili tibbi yardım tələb edildiyi bildirilir. Qəzanın səbəbləri barədə hələlik məlumat verilmir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.