İDMAN
ABŞ şahmatçısı Fabiano Karuana “Vüqar Həşimov memorialı-2021”in qalibi olub
Bakı, 23 dekabr, AZƏRTAC
ABŞ təmsilçisi Fabiano Karuana Azərbaycanın görkəmli şahmatçısı Vüqar Həşimovun xatirəsinə həsr olunan 7-ci beynəlxalq superturnirin qalibi olub.
AZƏRTAC xəbər verir ki, Bakıda təşkil olunan turnirdə hesablarında 24 xal olan macarıstanlı Riçard Rapport və ABŞ təmsilçisi Fabiano Karuana Armagedonda üz-üzə gəliblər. Görüşdən qalib ayrılan ABŞ şahmatçısı turnirin qalibi adına sahib olub. Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov isə yarışı üçüncü pillədə başa vurub.
Qeyd edək ki, sayca yeddinci dəfə təşkil olunan memorial Vüqar Həşimov Şahmat Fondunun təşkilatçılığı, Gənclər və İdman Nazirliyinin, Azərbaycan Şahmat Federasiyasının dəstəyi, SOCAR-ın sponsorluğu ilə keçirilib.
Vüqar Həşimov memorialı ilk dəfə 2014-cü ildə Şəmkirdə keçirilib. Hazırkı dünya çempionu Maqnus Karlsen dörd (2014, 2015, 2018, 2019), Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov isə iki (2016, 2017) dəfə turnirin qalibi olublar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.04.2024 [21:10]
Azərbaycan parabadmintonçusu beynəlxalq turnirdə yarımfinala yüksəlib
- 19.04.2024 [19:57]
Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi olub
- 19.04.2024 [19:15]
Premyer Liqa: “Sumqayıt” Tovuzda vacib üç xalı qazanıb
- 19.04.2024 [18:07]
FHN-nin qurumları arasında stolüstü tennis üzrə çempionata yekun vurulub
- 19.04.2024 [17:43]
Konfrans Liqası: Türkiyəli futbolçunun vurduğu qol ən yaxşı seçilib
- 19.04.2024 [16:23]
Fransalı gimnast: Bakı çox ecazkar və müasir şəhərdir
- 19.04.2024 [16:01]
Azərbaycan gimnastı: Karyeramda ən böyük dəstəkçim anamdır
- 19.04.2024 [15:55]
“Qəbələ” israilli futbolçu ilə vidalaşıb
- 19.04.2024 [15:51]