REGİONLAR


ABŞ səfiri: Birləşmiş Ştatlar Cənubi Qafqazda regional əməkdaşlığın qurulmasında maraqlıdır

Gəncə, 27 oktyabr, Elcan, Məmmədov, AZƏRTAC

ABŞ Cənubi Qafqazda regional əməkdaşlığın qurulmasında maraqlıdır. Bu, həm avtomobil, həm dəmir yollarına, həm də hava nəqliyyatına aiddir. Biz regionun hər üç ölkəsi arasında iqtisadi inkişafı təşviq edən addımları dəstəkləyirik.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu sözləri ABŞ-ın Azərbaycandakı səfiri Li Litzenberqer oktyabrın 27-də Gəncədə jurnalistlərin suallarını cavablandırarkən deyib.

“ABŞ tərəflərlə danışıqlar aparmağa davam edir ki, bu cür inkişafı dəstəkləyən addımlara töhfəsini versin. Birləşmiş Ştatlar vacib məsələlərdən olan minalardan təmizləmə işlərinə də öz töhfəsini davam etdirməyə hazırdır. Çox müsbət haldır ki, həmin torpaqlarda indi sürətli bərpa işləri gedir”, - deyə diplomat bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.