DÜNYA


ABŞ sərhəd-gömrük xidməti 300-dən çox miqrantı saxlayıb

Vaşinqton, 8 avqust, AZƏRTAC

ABŞ sərhəd-gömrük xidmətinin əməkdaşları bazar günü Florida-Kis sahillərində içərisində 300-dən çox haitili olan yelkənli qayığı saxlayıblar.

AZƏRTAC xəbər verir ki, sahil mühafizə xidməti 218 haitilini öz katerlərinə mindirərək təhlükəsiz aparıb.

Baş sərhəd xidməti agenti Uolter Slosar bildirib ki, daha 113 miqrant qayıqdan suya tullanıb, onlar Ki-Larqo sahillərinə qədər üzəndən sonra saxlanılıb. Slosar qeyd edib ki, qayıqda qalan miqrantlar saxlandıqları yerdə tibbi müayinədən keçib. İki nəfər susuzlaşmadan müalicə olunmaq üçün yerli xəstəxanaya aparılıb. O daha sonra bildirib ki, saxlanılan miqrantların hamısı yedizdirilib və hazırda təhlükəsiz yerdədirlər.

Sərhəd gömrük xidmətinin məlumatlarına görə, 2021-ci ildə ABŞ sərhədlərində təqribən 50.000, bu il isə təqribən 40.000 haitili miqrant saxlanılıb.

AZƏRTAC–ın Vaşinqton bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.