DÜNYA


ABŞ şirkəti Türkiyədə neft axtaracaq

Bakı, 27 iyun, AZƏRTAC

ABŞ şirkəti Türkiyədə neft axtaracaq.

AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyənin Enerji və Təbii Sərvətlər Nazirliyinin Neft İşləri İdarəsinin “Resmi Gazete”də yaydığı məlumatda deyilir. Bildirilir ki, mərkəzi ofisi ABŞ-da yerləşən “Aladdin Middle East Ltd.” şirkətinin Türkiyənin Siirt vilayətində neft axtarışına dair müraciəti təsdiqlənib və şirkətə 5 illik lisenziya verilib. Şirkət 30 min 548 hektar olan sahədə neft axtarışına dair lisenziya almaq üçün 2017-ci il avqustun 4-də müraciət edib.

“Aladdin Petroleum Corporation” adı altında 1926-cı ildə Kansas ştatında qurulan şirkət Kansas və ABŞ-ın müxtəlif yerlərində böyük neft yataqlarının işlənməsində iştirak edib. Şirkət Karib adaları, Cənubi Avstraliya sahilləri, Qərbi Afrika və Yaxın Şərqdə fəaliyyət göstərib. Onun törəməsi “Aladdin Middle East Ltd.” isə neft-qaz axtarış və istehsal şirkəti kimi 1961-ci ildə qurulub və Türkiyənin neft-qaz ehtiyatlarının axtarılması və işlənməsinə fokuslanıb. Şirkətin inzibati mərkəzi Kansas, əməliyyat mərkəzi isə Ankaradır.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.