DÜNYA


ABŞ tanınmış iranlı alimi azad edib

Tehran, 8 dekabr, AZƏRTAC

ABŞ İranın molekulyar fizika üzrə tanınmış alimi Məsud Süleymanini azad edib.

AZƏRTAC xəbər verir ki, 2018-ci ildə Minnesota ştatında Federal Təhqiqatlar Bürosunun əməkdaşları tərəfindən heç bir iddia irəli sürülmədən həbs edilən alim sonradan Vaşinqtona gətirilərək buradakı həbsxanalardan birində saxlanılırdı.

Üçüncü tərəfin vasitəsilə İran ilə ABŞ arasında əldə olunan razılaşmaya əsasən Məsud Süleymaninin azadlığa buraxılması müqabilində rəsmi Tehran 2016-cı ildə ölkədə həbs olunan Syuzan Van adlı tələbəni azad edib.

Məsud Süleymani azad olunan gün də İrana qayıdıb. Aeroportda alimi İranın Xarici İşlər naziri Məhəmməd Cavad Zərif və dostları qarşılayıblar.

 

Rabil Kətanov

AZƏRTAC-ın xüsusi müxbiri

Tehran

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.