DÜNYA


ABŞ və Avropa İttifaqı İŞİD-lə mübarizəni aktivləşdirmək barədə razılığa gəlib

Bakı, 25 may, AZƏRTAC

ABŞ və Avropa İttifaqı institutlarının liderləri Brüsseldə keçirilən görüşdə İŞİD terror qruplaşması ilə mübarizəni aktivləşdirmək barədə razılığa gəliblər.

AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, mayın 25-də ABŞ Prezidenti Donald Tramp Brüsseldə Avropa İttifaqı Şurası və Avropa Komissiyasının sədrləri Donald Tusk və Jan-Klod Yunkerlə görüşüb. Sonradan onlara Avropa İttifaqının diplomatik missiyasının rəhbəri Federika Moqerini və Avropa Parlamentinin sədri Antonio Tayani də qoşulublar.

Görüş əsnasında İŞİD qruplaşması ilə mübarizənin aktivləşdirilməsinə dair razılıq əldə olunub. ABŞ, həmçinin Avropa İttifaqının Şimali Koreyaya qarşı sanksiya mövqeyini təqdir edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.