DÜNYA


ABŞ və Avropa Rusiya ilə dialoqu davam etdirməlidir

ABŞ və Avropa Rusiya ilə dialoqu davam etdirməlidir

Bakı, 18 yanvar, AZƏRTAC

ABŞ və Avropa Rusiya ilə dialoqu davam etdirməli və rəsmi Moskvanın yenidən dünya birliyinin üzvü olmasına imkan verməlidirlər.

AZƏRTAC xəbər verir ki, bunu tanınmış politoloq, ABŞ Prezidentinin keçmiş müşaviri Henri Kissincer Davos İqtisadi Forumunda çıxış edərkən deyib. O bildirib ki, rus xalqına silahlı qüvvələrdən asılı olmadıqlarını izah etmək lazımdır və onlar özlərini dünya birliyinin üzvü hesab etməlidirlər.

Politoloq diqqətə çatdırıb ki, Rusiyanın parçalanması daha böyük münaqişələrin meydana çıxmasına səbəb ola bilər. Rusiyada 15 min nüvə başlıqlı raket var və bunlar bu böyük ölkənin müxtəlif ərazilərində yerləşir.

H. Kissincer Rusiyaya qarşı tətbiq olunan iqtisadi sanksiyaların qüvvədə qalmasına tərəfdar olduğunu bildirib. Qeyd edib ki, sanksiyalar münaqişənin sonunadək qüvvədə qalmalıdır. Sanksiyalar müharibənin daha da genişlənməsinin və yeni əraziləri əhatə etməsinin qarşısını alacaq. O, Rusiyanın dünyadan təcrid edilməsinin əleyhinə olduğunu bildirib.

Politoloq vurğulayıb ki, NATO Ukraynanı öz sırasına daxil etməli və onun təhlükəsizliyini təmin etməlidir.

Qeyd edək ki, Henri Kissincer müasir dünyada ən nüfuzlu politoloqlardan biridir. Onun hələ 1980-ci illərdə irəli sürdüyü siyasi proqnozlar özünü doğruldub. Onun “Diplomatiya”, “Dünya nizamı”, “Böhran” kimi kitablarında qlobal siyasi proseslər dərindən təhlil olunub və bəşəriyyətin gələcəyi barədə proqnozlar verilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.