İQTİSADİYYAT


ABŞ və Azərbaycan kənd təsərrüfatı sahəsində birgə təlim proqramları hazırlayacaq

Vaşinqton, 9 dekabr, AZƏRTAC

Azərbaycandan Amerika Birləşmiş Ştatlarına kənd təsərrüfatı üzrə bir qrup nümayəndə səfər edib. Səfər “alma paytaxtı” kimi tanınan Vaşinqton Ştatının Venatçi şəhərində keçirilən “Şimal-Qərb Bağçılıq Sərgisi 2022” çərçivəsində baş tutub.

Ölkəmizdən bir sıra kənd təsərrüfatı üzrə müəssisə və təşkilatların nümayəndələrinin iştirak etdiyi səfər zamanı ticarət imkanları, təcrübə mübadiləsi və digər əməkdaşlıq istiqamətləri müzakirə olunub. Həmçinin nümayəndə heyəti “Şimal-Qərb Bağçılıq Sərgisi 2022”də iştirak edib, əkinçilik təcrübələrinə dair seminarlara qatılıb, müxtəlif təsərrüfatlarda ekskursiyada olub, qida emalı, kənd təsərrüfatı sahəsi üzrə maşın və avadanlıq istehsalı ilə məşğul olan qurumlara baş çəkiblər.

Missiya ABŞ-Azərbaycan Ticarət Palatası (USACC), ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) təşkilatçılığı və Azərbaycanın bu ölkədəki səfirliyinin dəstəyi ilə reallaşıb. Səfərin məqsədi kənd təsərrüfatı layihələrinə ikitərəfli investisiyaların təşviqi, fermerlər, investorlar və sahə ekspertləri arasında davamlı dialoqun yaradılması, Birləşmiş Ştatlar və Azərbaycan arasında kənd təsərrüfatı məhsulları satışının artırılması, birgə təhsil və təlim proqramlarının hazırlanması məsələlərini müzakirə etmək olub.

 

AZƏRTAC-ın Vaşinqton bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.