DÜNYA


ABŞ və Cənubi Koreya KXDR-in tam nüvə silahsızlaşdırılmasını təkid edir

Bakı, 7 dekabr, AZƏRTAC

ABŞ-ın dövlət katibi Mark Pompeo və Cənubi Koreyanın xarici işlər naziri xanım Kan Kyun-hva Vaşinqtonda Koreya Xalq Demokratik Respublikasının (KXDR) nüvə silahsızlaşdırılması məsələsini müzakirə ediblər.

AZƏRTAC Koreya KİV-lərinə istinadla xəbər verir ki, tərəflər mövzu ilə bağlı sıx əlaqələndirmənin saxlanılması barədə razılığa gələrək, KXDR-in yekun və tam nüvə silahsızlaşdırılmasını təkid etdiklərini bildiriblər.

Qeyd edək ki, rəsmi Vaşinqton ilə Pxenyan arasında KXDR-in nüvə silahının ləğvi ilə əlaqədar danışıqlarında ötən aylarda kiçik tərəqqi müşahidə olunub. Belə ki, tərəflərin nüvə silahının ləğvi və KXDR-ə tətbiq olunan sanksiyaların aradan qaldırılması ilə bağlı müəyyən fikir ayrılıqları var. ABŞ nüvə silahının tamamilə ləğvindən sonra sanksiyaların götürülməsini, KXDR isə bu prosesin paralel aparılmasını istəyir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.