DÜNYA


ABŞ və Cənubi Koreya birgə hərbi təlimləri koronavirusa görə təxirə salıblar

Pekin, 28 fevral, AZƏRTAC

Cənubi Koreya və ABŞ birgə hərbi təlimləri koronavirus epidemiyasına görə təxirə salıblar.

AZƏRTAC Cənubi Koreya silahlı qüvvələrinin birləşmiş qərargahına istinadla xəbər verir ki, cədvəl üzrə mart ayına nəzərdə tutulan təlimlər Cənubi Koreyada ən yüksək səviyyədə olan xəbərdarlıq vəziyyəti aradan qaldırılanadək keçirilməyəcək. Bu, birgə hərbi təlimlərin səhiyyə ilə əlaqədar vəziyyətə görə ilk dəfə təxirə salınması halıdır.

Qeyd edək ki, Çində meydana çıxan yeni tip koronavirus (COVID-19) Cənubi Koreyada da sürətlə yayılmağa başlayıb. Son məlumata əsasən, Cənubi Koreyada koronavirusa yoluxanların sayı 1766 nəfərə, ölənlərin sayı 13-ə çatıb. Virusa yoluxanların 21 nəfəri hərbi qulluqçudur. Bundan başqa, təxminən 9500 hərbçi koronavirus şübhəsi ilə əlaqədar karantinə alınıb.

ABŞ-ın Cənubi Koreyadakı hərbi kontingentindən də bir nəfər koronavirusa yoluxub.

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Pekin

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.