DÜNYA


ABŞ və Cənubi Koreya prezidentlərinin Nyu-York görüşündə KXDR məsələsi diqqət mərkəzində olacaq

Bakı, 13 sentyabr, AZƏRTAC

ABŞ və Cənubi Koreya prezidentləri Donald Tramp və Mun Ce-in sentyabrın 22-26-da Nyu-Yorkda keçiriləcək BMT Baş Assambleyasının 74-cü sessiyası çərçivəsində görüşəcəklər.

AZƏRTAC Yonhap agentliyinə istinadla xəbər verir ki, bu barədə Cənubi Koreya Prezidentinin ofisi məlumat yayıb.

Prezident Mun Ce-inin mətbuat katibi xanım Ko Min-cunq dövlət başçılarının görüşünün gündəmi haqqında danışmağın tez olduğunu bildirsə də, yerli mətbuat bütün Tramp-Mun görüşlərində olduğu kimi Nyu-York görüşündə də əsas müzakirə mövzusunun Şimali Koreya məsələsi olacağını yazır. ABŞ və KXDR tərəfinin danışıqların bərpası istəyi ilə bağlı son açıqlamaları Cənubi Koreya ictimaiyyətində ümidin yaranmasına səbəb olub.

Cənubi Koreya KİV-ləri Tramp-Mun görüşündə Seul ilə Tokio arasında yaranmış ticarət mübahisəsi, habelə Cənubi Koreyadakı ABŞ qoşunlarının saxlanma xərcləri məsələlərinin də müzakirə olunacağını güman edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.