DÜNYA
ABŞ və Filippin Yaponiya və Cənubi Koreya ilə birlikdə hərbi təlimlərə başlayıblar
Tokio, 3 oktyabr, AZƏRTAC
Oktyabrın 3-də ABŞ və Filippinin ümumi sayı 3600 nəfəri ötən hərbiçiləri birgə hərbi təlimlərə başlayıblar.
AZƏRTAC Kyodo agentliyinə istinadla xəbər verir ki, Yaponiya və Cənubi Koreya hərbiçiləri də ilk dəfə bu təlimlərdə müşahidəçi qismində çıxış edirlər.
Təlimlər zamanı antiterrorist desant təlimlərinin keçirilməsi və humanitar yardımın göstərilməsi, o cümlədən təbii fəlakətlər zamanı birgə fəaliyyət və radiasiya, kimyəvi və bioloji silahlara qarşı müdafiənin təşkili ilə bağlı məşqlər nəzərdə tutulur.
Bildirilir ki, rəsmi Tokio Şimali Koreyanın raket-nüvə proqramlarının fəallaşması, Cənub Çin dənizində baş verən qarşıdurma və Tayvan ətrafında vəziyyət fonunda təlimlərə xüsusi diqqətlə yanaşır.
Qeyd edilir ki, Yaponiya və Cənubi Koreya 2022-ci ildə keçirilən ABŞ-Filippin birgə təlimlərinə müvafiq olaraq 30 və 120 hərbiçidən ibarət qrup göndərib.
Tokio