DÜNYA


ABŞ və Gürcüstan rəsmiləri Cənubi Qafqaz regionundakı vəziyyəti müzakirə ediblər

Tbilisi, 14 yanvar, AZƏRTAC

Gürcüstan Baş nazirinin müavini, xarici işlər naziri David Zalkaliani ilə ABŞ dövlət katibinin köməkçisi Karen Donfrid arasında telefon danışığı olub.

AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstanın Xarici İşlər Nazirliyindən məlumat verilib.

Bildirilir ki, söhbət zamanı tərəflər regional təhlükəsizlik, ABŞ ilə Rusiya arasında ikitərəfli dialoq, eləcə də Rusiya-NATO və ATƏT Şurası çərçivəsində keçirilmiş görüş və digər məsələlər barədə fikir mübadiləsi aparıblar.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.