DÜNYA


ABŞ və İngiltərə hərbçilərinin iştirakı ilə Estoniyada genişmiqyaslı təlimlər keçiriləcək

Tallin, 28 aprel, AZƏRTAC

May ayında Estoniyada təşkil olunacaq “Swift Response” beynəlxalq hərbi təlimləri çərçivəsində ABŞ və İngiltərə hərbçilərinin iştirakı ilə xüsusi təyinatlı qüvvələrin genişmiqyaslı təlimləri keçiriləcək.

AZƏRTAC Estoniya mətbuatına istinadla xəbər verir ki, təlimlərdə ABŞ və İngiltərədən təxminən 1000, Estoniyadan isə 250 hərbçi iştirak edəcək. Təlimlərə bu ölkələrin aviasiya vasitələri də cəlb olunacaq.

Qeyd edilib ki, Estoniya müdafiə qüvvələrinin bölmələri Nurmsda keçiriləcək əməliyyatlara mayın 6-da qoşulacaqlar.

Asiman Əsədov

AZƏRTAC-ın xüsusi müxbiri

Tallin

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.