DÜNYA


ABŞ və KXDR liderləri Nobel sülh mükafatına real namizədlər arasındadır

Bakı, 4 oktyabr, AZƏRTAC

ABŞ Prezidenti Donald Tramp, KXDR lideri Kim Çen In və Koreya Respublikasının Prezidenti Mun-Ce İn Nobel sülh mükafatına namizədlər arasında favoritlər sırasına düşüb.

AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, mükafata ən real namizədlərin siyahısı oktyabrın 4-də “Time” jurnalında dərc olunub.

Kim Çen In və Mun-Ce İn Koreya yarımadasının nüvəsizləşdirilməsi istiqamətində cəhdlərinə görə Nobel sülh mükafatına layiq görülə bilərlər. İyulun 12-də Sinqapurda ABŞ və KXDR arasında ilk yüksək səviyyəli görüşdə iştirak edən Birləşmiş Ştatların Prezidenti Donald Tramp da mükafata iddialılar arasında yer alıb. Bununla yanaşı, Ağ evin rəhbəri mükafatı həm şəxsən, həm də Koreya liderləri ilə birgə ala bilər.

Jurnal digər favoritlər arasında 2017-ci ildə keçirilən müstəqillik referendumundan sonra İspaniyanı tərk edərək Belçikaya sığınan Kataloniya regional hökumətinin sabiq rəhbəri Karles Puçdemonu və Roma Papası Fransiski də qeyd edib. Onların şansları müvafiq olaraq 1/12 və 1/16 qiymətləndirilir.

Siyahıya, həmçinin iki təşkilat – BMT-nin qaçqınlar üzrə ali baş komissarının idarəsi və Amerika vətəndaş azadlıqlarının müdafiəsi ittifaqı (ACLU) daxildir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.