DÜNYA


ABŞ və Misir prezidentləri ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə ediblər

Qahirə, 25 sentyabr, AZƏRTAC

ABŞ Prezidenti Donald Tramp və Misir Prezidenti Əbdülfəttah əs-Sisi BMT Baş Assambleyasının iclası çərçivəsində görüş zamanı iki ölkənin strateji tərəfdaşlığı və müxtəlif sahələrdə əməkdaşlığı məsələlərini müzakirə ediblər.

AZƏRTAC Misirin dövlət başçısının dəftərxanasının rəsmi nümayəndəsi Bassam Radiyə istinadla xəbər verir ki, prezidentlər həmin görüşdə Yaxın Şərq məsələlərinə və onların həllinə dair səyləri əlaqələndirməyə çalışdıqlarını bildiriblər. Tərəflər terrorizmə qarşı mübarizə məsələsinə də toxunublar. ABŞ Prezidenti Misirin bu bəlaya qarşı mübarizədə böyük səylərini yüksək qiymətləndirərək, bu mübarizədə Misiri ABŞ-ın mühüm tərəfdaşı adlandırıb və ABŞ-ın Misiri tamamilə dəstəklədiyini vurğulayıb.

Misir Prezidenti də öz növbəsində, terrorizmə qarşı mübarizədə iki ölkə arasında əməkdaşlığı davam etdirməyin zəruri olduğunu bildirib. O qeyd edib ki, Yaxın Şərq regionunda sülhün və sabitliyin möhkəmlənməsi üçün Misir və ABŞ arasında strateji tərəfdaşlıq böyük əhəmiyyət kəsb edir.

B.Radi onu da vurğulayıb ki, iki ölkənin liderləri iqtisadi sahədə ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə ediblər və ABŞ Prezidenti Misirdə həyata keçirilən iqtisadi islahatları yüksək qiymətləndirib. Tramp qeyd edib ki, iki ölkə arasında əmtəə dövriyyəsinin və Amerika şirkətləri tərəfindən Misir iqtisadiyyatına investisiyaların artırılması ABŞ-ın maraqlarına uyğundur.

Asya Hacızadə

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.