DÜNYA


ABŞ və Rusiya prezidentlərinin danışıqları dekabrın 7-də baş tutacaq

Bakı, 4 dekabr, AZƏRTAC

ABŞ və Rusiya prezidentləri dekabrin 7-də videoəlaqə vasitəsilə danışıqlar aparacaqlar.

AZƏRTAC xəbər verir ki, bu barədə Reuters agentliyi Ağ evin nümayəndəsinə istinadla məlumat yayıb. Məlumatda qeyd olunur ki, Co Baydenin Rusiya Prezidenti ilə Ukrayna ətrafında vəziyyəti və digər məsələlərin geniş spektrini müzakirə etməsi nəzərdə tutulur. Amerika lideri xüsusən RF-nin Ukrayna sərhədi yaxınlığında hərbi aktivliyindən narahatlığını bəyan etməyi planlaşdırır.

Rusiya KİV-ində yayılan xəbərlərə görə, danışıqların vaxtı barədə məlumat Kreml tərəfindən təsdiqlənib. Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, videozəng axşam saatlarında baş tutacaq və danışıqların nə qədər çəkəcəyini prezidentlər özləri müəyyənləşdirəcəklər.

RF Prezidentinin köməkçisi Yuri Uşakovun sözlərinə görə, liderlər ikitərəfli münasibətlərdəki qeyri-məqbul vəziyyəti müzakirə edəcəklər və beynəlxalq gündəliyin aktual məsələlərinə toxuna bilərlər. Bu sıraya Əfqanıstan, İran, Liviyada vəziyyət və Ukraynadaxili böhran, habelə pandemiya, iqlim dəyişikliyi ilə mübarizə və neft bazarı problemləri daxil ola bilər.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.