İQTİSADİYYAT
ABŞ və Səudiyyə Ərəbistanı neft bazarındakı vəziyyəti müzakirə edib
Bakı, 11 sentyabr, Nihad Budaqov, AZƏRTAC
ABŞ və Səudiyyə Ərəbistanı neft bazarındakı hazırkı vəziyyəti nəzərdən keçirib.
AZƏRTAC xəbər verir ki, ABŞ-ın enerji naziri Rick Perry dünən Vaşinqtonda Səudiyyə Ərəbistanının energetika, sənaye və təbii sərvətlər naziri Xalid Əbdüləziz Al Falihlə görüşüb.
Görüşdə noyabrdan etibarən ABŞ-ın İrana qarşı tətbiq edəcəyi sanksiyalardan sonra yarana biləcək qlobal tədarük çatışmazlığı əsas müzakirə mövzusu olub.
ABŞ-ın enerji nazirinin bu həftə ərzində Moskvada Rusiyanın energetika naziri Aleksandr Novakla da görüşməsi gözlənilir.
Ekspertlərə görə, bu görüşdə də qlobal neft təchizatına dair problemlərin qarşısını almaq üçün istehsalın artırılması nəzərdən keçiriləcək.
Qeyd edək ki, qlobal bazardakı qeyri-müəyyənlik, eləcə də noyabrdan İrana qarşı sanksiyaların tətbiqi fonunda neftin qiymətindəki bahalaşma davam edir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [10:10]
Azərbaycan neftinin qiyməti dəyişməyib
- 29.08.2023 [10:09]
Dünya birjalarında neft ucuzlaşıb
- 28.08.2023 [16:31]
“Şahdəniz” yatağından ümumilikdə 200 milyard kubmetr qaz hasil olunub
- 28.08.2023 [10:06]
Dünya birjalarında neft bahalaşıb
- 26.08.2023 [12:09]
Qaz xətlərinin yerin altı ilə aparılması qəti qadağandır – Xəbərdarlıq
- 26.08.2023 [10:19]
Azərbaycan neftinin qiyməti 88 dolları ötüb
- 26.08.2023 [10:15]
Dünya birjalarında neft bahalaşıb
- 25.08.2023 [10:22]