DÜNYA


ABŞ və Türkiyə prezidentləri kürd referendumu məsələsini müzakirə ediblər

Vaşinqton, 22 sentyabr, AZƏRTAC

Ağ Evin yaydığı məlumata görə, sentyabrın 21-də Prezident Donald Tramp Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşüb.

AZƏRTAC xəbər verir ki, prezidentlər Birləşmiş Ştatlarla Türkiyə arasında strateji tərəfdaşlığa sadiq olduqlarını bir daha təsdiqləyiblər, regional sabitliyi möhkəmləndirmək və terrorizmə qarşı mübarizəni gücləndirmək məqsədilə birgə işi davam etdirməyə razılaşıblar. Prezidentlər Kürdüstan regional hökumətinin sentyabrın 25-nə planlaşdırdığı referendumu tanımadıqlarını bir daha bəyan ediblər. Onlar kürd liderlərini bütün həll edilməmiş məsələlər üzrə Birləşmiş Ştatların və Türkiyənin dəstəkləməyə hazır olduğu intensiv danışıqlar prosesi aparmağa çağırıblar.

Yusif Babanlı

AZƏRTAC-ın xüsusi müxbiri

Vaşinqton

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.