DÜNYA


ABŞ yaxın on ildə elektromobillərin satış payını 40 faizə çatdırmaq istəyir

Bakı, 31 iyul, AZƏRTAC

ABŞ hökuməti 2030-cu ilədək elektromobillərin nəqliyyat bazarında satış payını azı 40 faizə çatdırmaq üçün avtomobil istehsalçıları ilə danışıqlar aparır.

AZƏRTAC Bloomberg agentliyinə istinadla xəbər verir ki, bu planı reallaşdırmaq üçün doldurucu infrastruktur yaradılmasına milyardlarla dollar investisiya tələb edilir. Amerikanın bir çox avtomobil istehsalçıları elektromobil buraxılışının artırılmasına hazır olduqlarını bildirib. Lakin bununla belə, heç kim məhsul buraxılışına dair dəqiq plan səsləndirməyib. Bunun üçün kompaniyalara dövlət dəstəyi lazımdır ki, elektrik doldurma məntəqələrinin geniş şəbəkəsini yaratmaq mümkün olsun.

Hazırda müvafiq qanun layihəsi Senatda müzakirə olunur. Layihə, həmçinin elektromobil alışı zamanı vergi güzəştlərinin təqdim olunmasını və elektrik doldurma infrastrukturunun tikintisinə 7,5 milyard dollar ayrılmasını nəzərdə tutur.

Agentlik qeyd edir ki, Prezident Co Bayden bu ilin martında Senatdan 500 min elektrik doldurma məntəqəsi də daxil olmaqla, elektromobil istehsalına 174 milyard dollar investisiya ayırmağı xahiş etmişdi. Amma müzakirələrin gedişində bir sıra senatorlar bu məbləği əvvəlcə 15 milyard dollaradək, sonradan isə 2,5 milyard dollaradək azaltmaq tələbini irəli sürmüşdü. Buna görə də 7,5 milyard dollar kompromis variant kimi görünür.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.