İDMAN


“ABU”NUN NÖVBƏTİ MƏRHƏLƏYƏ ÇIXMAQŞANSI YÜKSƏKDİR

AZƏRTAC xəbər verir ki, ölkə çempionu “ABU” komandası yanvarın 14-də qadın həndbol komandaları arasında “Challenge Cup” turniri çərçivəsində İtaliyada “RİAM Ascensori” klubu ilə cavab görüşü keçirəcəkdir. Bakı vaxtı ilə saat 00:00-da başlanacaq oyuna “ABU” tam heyətdə çıxacaqdır.

Xatırladaq ki, yanvarın 7-də Bakıda keçirilən ilk oyunda Rəfiqə Şabanovanın yetirmələri İtaliya çempionatının liderini 36:26 hesabı ilə məğlub edərək, növbəti mərhələyə vəsiqə qazanmaq üçün əlverişli imkan əldə etmişlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.