DÜNYA
ƏCƏLƏ ÇARƏ YOXDUR
AZƏRTAC-ın xarici informasiya agentliklərindən aldığı xəbərə görə, Macarıstanda səhiyyə sahəsində növbəti qalmaqal baş vermişdir. Seged şəhərinin mötəbər klinikalarından birində xəstə qafatasında cərrahiyyə əməliyyatı zamanı dünyasını dəyişmişdir. Yalnız bir saatdan sonra məlum olmuşdur ki, əməliyyat onun yox, palatadakı digər xəstənin üzərində aparılmalı idi.
Şəhər prokurorluğunda cinayət işi açılmış və faciənin təqsirkarları axtarılır. İstintaqın ilkin nəticələri göstərmişdir ki, faciə tibb işçilərinin səhlənkarlığı üzündən baş vermişdir: onlar xəstələrin sənədlərini dəyişik salmışlar. Həm də, klinikada əməliyyatqabağı adi qaydalara riayət olunmamış, müvafiq məsləhətləşmələr aparılmamış, cərrahiyə əməliyyatı üçün xəstədən razılıq alınmamışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 25.04.2024 [20:29]
Böyük Britaniya İrana qarşı yeni sanksiyalar tətbiq edib
- 25.04.2024 [20:16]
Gürcüstan müxalifəti yeni mitinq elan edib
- 25.04.2024 [19:04]
Çin “Şencou-18” kosmik missiyasını uğurla orbitə çıxarıb
- 25.04.2024 [18:04]
Gürcüstan prokurorluğu genişmiqyaslı transmilli cinayətin üstünü açıb
- 25.04.2024 [17:57]
Avropa Parlamenti Gürcüstanla bağlı qətnamə qəbul edib
- 25.04.2024 [16:31]