DÜNYA


ACARISTANDA PREZİDENT SEÇKİLƏRİ FÖVQƏLADƏ VƏZİYYƏT ŞƏRAİTİNDƏ KEÇİRİLƏCƏKDİR

AZƏRTAC-ın müxbirinin Tbilisidən verdiyi xəbərə görə, Acarıstanın rəhbəri Aslan Abaşidze dekabrın 31-də Batumidə Gürcüstanın dövlət katibi Zurab Jvaniya ilə birgə keçirdiyi mətbuat konfransında bildirmişdir ki, yanvarın 4-nə təyin olunmuş prezident seçkiləri baş tutacaqdır, lakin “Demokratik dirçəliş birliyi” bu seçkilərdə iştirak etməyəcəkdir.

Onun sözlərinə görə, rəhbərlik etdiyi partiyanın Gürcüstanda baş verən proseslərə öz münasibəti olduğu üçün belə qərar qəbul olunmuşdur. A.Abaşidze bəyan etmişdir ki, muxtar vilayətdə noyabrın 23-də elan olunmuş fövqəladə vəziyyət seçkilər vaxtı götürülməyəcəkdir. O demişdir: ”Fövqəladə vəziyyət Gürcüstanda Konstitusiya qaydaları bərqərar edildikdən və ölkə rəhbərliyinin fəaliyyəti dövlət maraqlarına yönəldikdən sonra ləğv olunacaqdır”.

Zurab Jvaniya isə bildirmişdir ki, o, mərkəzlə vilayət arasındakı münasibətlərin tamamilə nizama salınması üçün Abaşidze ilə məsləhətləşmələri davam etdirmək niyyətindədir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.