ACARISTAN PARLAMENTİ RESPUBLİKADA FÖVQƏLADƏ VƏZİYYƏT ELAN OLUNMASINI DƏSTƏKLƏMİŞDİR
AzerTAg.az
AZƏRTAC-ın xəbər verdiyi kimi, Acarıstan lideri Aslan Abaşidze “Tbilisidə qansız-qadasız inqilab baş verdiyi barədə fikirlə razılaşmayaraq”, noyabrın 23-də muxtar respublikada fövqəladə vəziyyət elan etmişdir. Noyabrın 24-də bu məsələ Acarıstan parlamentinin müzakirəsinə verilmiş və o, respublikada fövqəladə vəziyyət elan olunmasını dəstəkləmişdir.
Acarıstan rəhbəri bildirmişdir: “Bu qərar o deməkdir ki, hər bir adam öz yurd-yuvasını, ev-eşiyini qorumağa borcludur. İnqilab mərhəmət bilmir, ona görə də biz xalqımızı müdafiə etməliyik”.
Aslan Abaşidzenin sözlərinə görə, “Acarıstan rəhbərliyinin belə tədbirlər görməsi onunla bağlıdır ki, Tbilisidə hakimiyyətə gələn hərəkatın liderləri acar xalqı barəsində öz təcavüzkar niyyətini gizlətmirlər. Son 12 ildə bölgələrə qarşı, nədənsə, barmaqarası münasibət yaranmışdır və indi biz bunun çox pis bəhrələr verdiyini görürük”.
Xəbərin mətnində orfoqrafik səhv var