DÜNYA
ACARISTAN RESPUBLİKASININ STATUSU MƏSƏLƏSİ GÜRCÜSTAN PARLAMENTİNDƏ FİKİR AYRILIĞINA SƏBƏB OLMUŞDUR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, parlamentin “Acarıstan Muxtar Respublikasının statusu barədə” Qanun qəbul etməsini düzgün sayan M.Nadiradze vaxtilə bu respublikasının süni əsaslarla yaradılmasını qeyd etsə də, hazırda həmin qurumun ləğvini düzgün hesab etmir. “Ancaq məlum hadisələrdən sonra Gürcüstan iqtidarı Acarıstanın muxtariyyətini olduğu kimi saxlaya bilməzdi, - deyə M.Nadiradze bildirmişdir. - Parlament tərəfindən Acarıstan Muxtar Respublikasının statusu barədə qəbul olunan qərarın düzgünlüyünü opponentlərin fikir ayrılığı da təsdiq edir. Bəziləri muxtariyyət statusunun ləğv olunmasını, bəziləri isə muxtariyyətin hüquqlarının kökündən dəyişdirilməsini tələb edirlər. Bu onu göstərir ki, Gürcüstan iqtidarı Acarıstan Muxtar Respublikasının statusu barədə qanunu vaxtında qəbul etmişdir”.