SİYASƏT


ACARİYA PARLAMENTİ HÖKUMƏTİ TAM TƏRKİBDƏ İSTEFAYA GÖNDƏRDİ

Acariya Muxtar Respublikası Parlamentinin Senatı və Respublika Şurası Baş Nazir Eduard Kakabadze başda olmaqla hökumətin tam tərkibdə istefaya getməsi barədə yekdil qərar qəbul etmişdir. AZƏRTAC İTAR-TASS-a istinadən bildirir ki, hökumətin istefaya göndərilməsinə səbəb, Muxtar Respublikanın dövlət büdcəsinin icrası ilə bağlı altı aylıq proqnozları yerinə yetirilməməsi olmuşdur. Muxtar Respublikanın Başçısı Aslan Abaşidze Parlamenimn iclasındakı çıxışında baş nazir Eduard Kakabadzenin öz səlahiyyətindən sui-istifadə etdiyini bəyan etmişdir. Yeni Baş Nazir seçilənə qədər hökumətin səlahiyyətləri Aslan Abaşidzeyə həvalə olunmuşdur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.