İQTİSADİYYAT
ACCELS TƏQAÜD PROQRAMI ÇƏRÇİVƏSİNDƏ ARDNŞ-LƏ ƏMƏKDAŞLIĞA HAZIRDIR
Azərbaycan Respublikası Dövlət Neft Şirkətindən (ARDNŞ) AZƏRTAC-a bildirmişlər ki, Amerika Beynəlxalq Təhsil Şurasının (ACCELS) Bakı ofisinin rəhbəri Şeyn Ostinlə görüşdə ARDNŞ-in Təqaüd Proqramının həyata keçirilməsi məsələləri müzakirə olunmuşdur. Qonağa proqram çərçivəsində görülən işlərin gedişi haqqında məlumat verilmişdir. Təmsil etdiyi təşkilatın əcnəbi tələbələri Amerika universitetlərində yerləşdirmək sahəsində təcrübəli qurumlardan biri olduğunu bildirən Ş.Ostin ACCELS-in əsasən Qazaxıstan və Özbəkistanda həyata keçirdiyi layihələrdən danışmışdır. Qonaq ACCELS-in ABŞ-ın bir çox nüfuzlu universitetləri ilə əməkdaşlıq etdiyini vurğulayaraq, ARDNŞ-in Təqaüd Proqramı çərçivəsində azərbaycanlı tələbələrin həmin universitetlərdə təhsil almalarında maraqlı olduğunu, təmsil etdiyi qurumun neft şirkətinə hərtərəfli dəstək göstərəcəyini bildirmişdir.
Görüşdə ABŞ-ın bu beynəlxalq qurumu ilə əməkdaşlığın genişləndirilməsi və sürətləndirilməsi mexanizmləri, inkişaf perspektivləri də müzakirə olunmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [10:10]
Azərbaycan neftinin qiyməti dəyişməyib
- 29.08.2023 [10:09]
Dünya birjalarında neft ucuzlaşıb
- 28.08.2023 [16:31]
“Şahdəniz” yatağından ümumilikdə 200 milyard kubmetr qaz hasil olunub
- 28.08.2023 [10:06]
Dünya birjalarında neft bahalaşıb
- 26.08.2023 [12:09]
Qaz xətlərinin yerin altı ilə aparılması qəti qadağandır – Xəbərdarlıq
- 26.08.2023 [10:19]
Azərbaycan neftinin qiyməti 88 dolları ötüb
- 26.08.2023 [10:15]
Dünya birjalarında neft bahalaşıb
- 25.08.2023 [10:22]