İQTİSADİYYAT


ACE layihəsinin icrası üzrə işlərin ümumilikdə 80 faizi tamamlanıb


ACE layihəsinin icrası üzrə işlərin ümumilikdə 80 faizi tamamlanıb

Bakı, 4 noyabr, AZƏRTAC

Azəri-Mərkəzi-Şərqi (ACE) layihəsinin icrası üzrə işlərin ümumilikdə 80 faizi tamamlanıb.

AZƏRTAC BP-nin 2022-ci ilin üçüncü rübünün yekun hesabatına istinadla xəbər verir ki, layihə üçün lazım olan boru xətlərinin bağlanması üzrə bütün işlər bitdikdən sonra “Mərkəzi Azəri” və “Şərqi Azəri” platformaları arasındakı yataqdaxili qaz ixrac boru xətti yenidən işə salınıb.

Platformanın üst modullarının və qazma avadanlıqlarının istehsal-quraşdırma işləri davam edib – qazma modullarının üst tikililər blokuna inteqrasiyası işləri irəliləyib, modullu qazmaya dəstək modulu və qazma avadanlığı dəsti istismar sınaqlarına təhvil verilib, qazma qurğusunun sürüşdürülməsi əməliyyatları üzrə istismar sınaqları başlanıb və üst modulların istismar sınaqları 50 faizi tamamlanıb.

Dayaq blokunun tikintisi işləri başa çatıb, barjaya yüklənmə və yolasalınma üzrə hazırlıq işləri isə davam edir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.