MƏDƏNİYYƏT


ƏDƏBİYYATI TƏBLİĞ VƏ MÜƏLLİF HÜQUQLARI BÜROSUNUN TƏSİS ETDİYİ MÜKAFATLARIN QALİBLƏRİ MÜƏYYƏNLƏŞMİŞDİR

Yazıçılar Birliyi Ədəbiyyatı Təbliğ və Müəllif Hüquqları Bürosundan AZƏRTAC-a verilən məlumata görə, “Yaddaş” Milli Mükafatlar Komissiyasının 2005-ci il 30 may tarixli qərarına əsasən, Azərbaycan milli mədəniyyətinin tədqiqi və təbliği sahəsindəki xidmətlərinə görə professor Timuçin Əfəndiyev, “Azərbaycan teatr tarixi” kitabına görə professor İlham Rəhimli, “Sevgimə axşam düşür” və “Uzaqda bir işıq” kitablarına görə şair Vaqif Bəhmənli, “Zəngulə” romanına görə yazıçı Nüşabə Məmmədli, “Haran ağrıyır, Vətən” kitabına görə yazıçı-publisist Nemət Veysəlli “Dar çadır, dərd dadır” kitabına görə şair Sabir Arazlı “Yaddaş” Milli mükafatına, Azərbaycan milli teatr sənətindəki xidmətlərinə görə rejissor Faiq Zöhrabov, “Tanrı mənə yar olanda” kitabına görə şair Adil Cəmil, “Alın yazım” kitabına görə şair Yusif Nəğməkar, “And” povestinə görə şair Süleyman Hüseynov, “Yetim” povestinə görə yazıçı Natəvan Dəmirçioğlu, hərbi vətənpərvərlik mövzusunda əsərlərinə görə şair-bəstəkar Şahin Musaoğlu “Qılınc və qələm” Beynəlxalq ədəbi mükafatına layiq görülmüşlər.

Həmçinin, milli-ədəbi irsə təəssübkeş münasibətə görə Ağarəhim Əliyev və iş adamı Sahib Yusifov “Ədəbiyyatımızın dostu” mükafatı ilə təltif edilmişlər.

Mükafatların təqdimetmə mərasimi yaxın günlərdə keçiriləcəkdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.